1
License
2
Contacts
3
Driver information
4
Car information
5
Documents

Lisenziya

1.Ümumi müddəalar
 1.1. Bu saziş “Enar” xidməti (bundan sonra – Xidmət) tərəfindən sərnişin və baqaj daşımaları, yükləmə-boşaltma işləri, yüklərin daşınması xidmətinə olan tələbat barədə aktual məlumatları ehtiva edən məlumatlar toplusundan istifadə hüququnun verilməsi qaydasını müəyyən edir.
 1.2. Əgər Tərəflərin ayrıca razılaşması ilə başqa qayda nəzərdə tutulmayıbsa, saziş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 400-cü maddəsinə əsasən ümumi müqavilə sayılır və elektron formada İnternetdə Xidmətin https:// Enartaxi.az və https:// Enartaxi.com ünvanlarında yerləşdirilən razılaşmanın şərtlərinə qoşulmaqla bağlanılır. Razılaşmada göstərilən qeydiyyat prosedurunu keçən şəxs razılaşmanı qəbul etmiş sayılır və bu da bu sənəddə qeyd olunan şərtlərlə mülki-hüquqi müqavilənin bağlanılmasına bərabər hesab olunur.  
 1.3. Qeydiyyat prosedurunu keçməzdən öncə razılaşmanın və onun əlavələrinin mətni ilə diqqətlə tanış olun. Hər hansısa şərtlərlə razı olmadıqda Siz məlumatlar toplusundan istifadə etməkdən imtina etməlisiniz.  
 1.4. Saziş sub-lisenziya müqaviləsidir, və ona Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 30-31-ci maddələrində və “Məlumat toplularının hüquqi qorunması haqqında” qanunun 4-5-ci maddələrində müəyyən olunan müddəalar tədbiq olunur.
 1.5. Xidmətin saytında elektron formada yerləşdirilən Xidmətin məlumatlar toplusundan istifadə qaydası sazişin ayrılmaz hissəsi sayılır.
 1.6. Bu Sazişin şərtlərinin qəbul edilməsi İnternetdə https://Enartaxi.az/term/policy-driver/ və https://Enartaxi.com/term/policy-driver ünvanlarında yerləşdirilən Taxi Baku Driver mobil əlavəsindən istifadə edilən zaman məxfilik Siyasəti ilə razılıq deməkdir.
2. Sazişin predmeti
 2.1. Sazişin şərtlərinə uyğun olaraq Xidmət Partnyora sərnişin və baqaj daşımaları, yükləmə-boşaltma işləri, yüklərin daşınması xidmətinə olan tələbat barədə aktual məlumatları ehtiva edən məlumatlar toplusundan sadə (qeyri-müstəsna) lisenziyanın şərtləri əsasında və sazişlə müəyyən edilən üsullarla istifadə hüququnu verir. Partnyor sazişlə və ya onun əlavələri ilə müəyyən edilən qayda və məbləğdə Xidmətə haqq ödəməyi öz öhdəliyinə götürür.
 2.2. Saziş çərçivəsində məlumatlar toplusu dedikdə materiallar, texniki, proqram və aparat təminatı vasitələrinin və həmçinin məlumatlar toplusunun elementlərinin qarşılıqlı əlaqəsini təmin edən məlumatlar toplusunun alqoritminə uyğun olaraq materialların sistemləşdirilməsi, saxlanması, işlənilməsi, transformasiyası üçün nəzərdə tutulan üsul və alqoritmlər məcmusundan ibarət olan təşkil edilmiş struktur başa düşülür. Məlumatlar toplusu materiallarına daxil olmaq imkanını Taxsi Baku Driver mobil əlavəsi vasitəsi ilə əldə etmək olar.
 2.3. Xidmətin məlumatın yığılması, saxlanılması və sistemləşdilirməsi, məlumatlar toplusunun formalaşdırılması üzrə fəaliyyəti və həmçinin məlumatlar toplusuna daxil olma imkanını təqdim edilməsinə dair hüquq münasibətləri Azərbaycan Respublikasının 03.04.1998-ci il tarixli 460-IQ №-li “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun müddəalarına uyğun olaraq həyata keçirilir.
 2.4. Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 10-cu maddəsinə əsasən məlumatlar toplusunda yerləşdirilən informasiya ümumi istifadə üçün açıq, əldə olunması məhdudlaşdırılmayan sayılır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə informasiya məhdudlaşdırılan və ya yayılması qadağan olana aid edilməmişdir.
 2.5. Partnyorun əldə edəcəyi məlumatı o, öz mülahizəsinə görə istifadə edə bilər.
 2.6. Məlumatlar toplusu aşağıdakı materiallardan ibarətdir:
 2.6.1. Sərnişin və baqaj daşımaları xidmətinə olan tələbat barədə aktual məlumat;
 2.6.2. Yük daşımaları xidmətinə olan tələbat barədə aktual məlumat;
 2.6.3. Yükləmə-boşaltma işlərinə olan tələbat barədə aktual məlumat.
 2.7. Məlumatlar toplusunu təşkil edən materiallar aşağıdakı xarkteristikalara malikdir:
 2.7.1. Sərnişin və baqaj daşımaları xidmətinə olan tələbat barədə məlumatlar:
 - avtomobilin verilmə yerinin ünvanı;
 - nəqliyyat vasitəsinin kateqoriyası;
 - səfərin bitmə yerinin ünvanı və ya səfər məsafəsi;
 - tətbiq edilən tarif;
 - səfərin hesablanan qiyməti;
 - sifarişi saxlayan şəxsin əlaqə məlumatları.
 2.8. Məlumatlar toplusundan istifadə hüququ verilən ərazi, - Azərbaycan Respublikası.
 2.9. Məlumatlar toplusuna daxil olma imkanı Xidmət tərəfindən təqdim edilən xüsusi proqram dəstəyinin – EHM üçün Taxi Baku Driver proqramının vasitəsilə həyata keçirilir.
3. Xidmətin saytında qeydiyyat qaydası
 3.1. Məlumatlar toplusuna daxil olmaq üçün Xidmətin saytında qeydiyyatdan keçmək lazımdır – müstəqil şəkildə İnternetdən istifadə etməklə və ya Xidmətin ofisinin yerləşdiyi yerdə.
 3.2. Xidmətin saytında qeydiyyat sazişin şərtlərinə tam və qeyd-şərtsiz qoşulması hesab olunur.
 3.3. Qeydiyyat Xidmətin saytında xüsusi formanın doldurulması yolu ilə həyata keçirilir. Qeydiyyat zamanı Xidmət daxil edilmiş məlumatların həqiqiliyini təsdiq edən sənədlərin təqdim edilməsini tələb edə bilər.
 3.4. Qeydiyyat Xidmətin mülahizəsinə görə həyata keçirilir. Qeydiyyat üçün lazım olan sənədlərin və məlumatların təqdim edilməsi Xidmətin qeydiyyatı həyata keçirmək qeyd-şərtsiz öhdəliyini yaratmır.
 3.5. Qeydiyyat proseduru məlumatlar toplusuna avtorizasiya ilə daxil olmaq üçün tələb olunan istifadəçinin eyniləşdirmə nömrəsinin (loginin) və şifrənin verilməsi ilə bitir. Eyniləşdirmə nömrəsi (login) və şifrə Xidmət tərəfindən qeydiyyat prosesində göstərilən mobil telefon nömrəsinə göndərilir.
 3.6. Qeydiyyat prosesi zamanı fərdi məlumatları və sənədləri Xidmət ancaq təqdim edilmiş məlumatların həqiqiliyini yoxlamaq üçün tələb edir və qeydiyyat proseduru başa çatdıqdan sonra onları saxlamır.
 3.7. Xidmət saytda qeydiyyatdan keçən şəxslər barədə, fərdi məlumatlar sayılmayan, aşağıdakı məlumatları saxlayır və istifadə edir:
 3.7.1. İstifadəçinin təxəllüsü (nik) — qeydiyyat zamanı göstərilən istənilən hərf birləşməsi. Təxəllüsü Partnyorun öz ilə istədiyi kimi göstərilir və Xidmət tərəfindən redaktə olunmur;
 3.7.2. İstifadəçinin eyniləşdirmə nömrəsi (login);
 3.7.3. Avtomobilin markası, rəngi və dövlət qeydiyyat nişanının rəqəmli hissəsi;
 3.7.4. Qeydiyyat zamanı göstərilən mobil telefon nömrəsi.
 3.8. Xidmətin saytında qeydiyyatdan keçərək, Partnyor məlumat mesajlarının və həmçinin əlaqə şəbəkələrində yayılan reklam məlumatının (o cümlədən, Viber, WhatsApp, Telegram və sair internet-messencerlərdə mesajların göndərilməsi ilə), bu cür razılığın Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi ilə nəzərdə tutulan məqsədlə və hallarda alınması zəruri olduqda, alınmasına razılıq verir.
4. Xidmətin haqqı
 4.1. Məlumatlar toplusundan istifadə etmək hüququnun verilməsinə görə Partnyor Xidmətə məlumatlar toplusundan istifadə qaydası ilə müəyyən edilən məbləğdə və şərtlərlə haqq ödəməyini öz öhdəliyinə götürür.
5. Xidmətin zəmanətləri
 5.1. Xidmətə zəmanət verir ki:
 5.1.1. Saziş üzrə öz öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər hüquqlara malikdir;
 5.1.2. Tərəflərin sazişin yerinə yetirilməsi üçüncü şəxslərin əqli hüquqlarının pozulmasına səbəb olmayacaq;
 5.1.3. Məlumatlar toplusundan, sazişdə müəyyən edilən şərtlərlə, istifadə edilməsinə mane ola biləcək müqavilə ilə bağlı deyil;
 5.1.4. Partnyor tərəfindən məlumatlar toplusundan, sazişdə müəyyən edilən şərtlərlə, istifadə edilməsini mümkünsüz edən hər hansısa hərəkətləri etməmişdir və etməyəcək.
6. Məlumatlar toplusundan istifadə qaydası və üsulları
 6.1. Partnyor məlumatlar toplusunu aşağıdakı üsullarla istifadə edə bilməz:
 6.1.1. İnformasiyanın məlumatlar toplusundan çıxarılması və göstərilən informasiyanın öz fəaliyyətində istifadə edilməsi, o cümlədən qeyd edilən informasiyadan istifadə etmək imkanının üçüncü şəxslərə (öz işçilərinə, kontragentlərə və s.) verilməsi;
 6.1.2. İstənilən formada və istənilən üsullarla tam və ya qismən surətçıxarma;
 6.1.3. Modifikasiya, o cümlədən məlumatlar toplusunun bir dildən digər dilə tərcümə edilməsi.
7. Tərəflərin hüquq və vəzifələri
 7.1. Xidmətin aşağıdakı hüquqları var:
 7.1.1. Partnyordan məlumatlar toplusundan sazişlə nəzərdə tutulmuş qayda və üsullarla istifadə edilməsini tələb etmək;
 7.1.2. Bu sazişlə analoji olan məlumatlar toplusundan istifadə hüququnun verilməsinə dair üçüncü şəxslərə müqavilələr bağlamaq, o cümlədən məlumatlar toplusundan istifadə hüququ Partnyora verilən ərazidə;
 7.1.3. Əgər Partnyor Xidmətə ödənilən haqqın ödəniş şərtlərini və müddətlərini pozarsa, ödəniş edilənədək ona məlumatlar toplusundan istifadə etmək imkanını dayandırmaq;
 7.1.4. Əgər Xidmət məlumatlar toplusunda yer alan informasiyanın qanunsuz istifadə edilməsini sübut edən sənədləri aşkarlayarsa,Partnyorun məlumatlar toplusundan istifadə etmək imkanını dayandırmaq. Məlumatlar toplusundan istifadə etmək imkanı Partnyor tərəfindən edilmiş pozuntunu müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, qərarları əsasında dayandırılır. Qeyd edilən sənədlərin əsilləri və ya müvafiq məhkəmə tərəfindən təsdiq edilmiş surətləri təqdim edilməlidir. Partnyorun məlumatlar toplusundan istifadə etmək imkanı aşkar edilmiş pozuntular aradan qaldırılanadək dayandırılır.
 7.2. Xidmətin vəzifələri:
 7.2.1. Saziş qüvvədə olan müddətdə məlumatlar toplusunun fasiləsiz, arasıkəsilməyən iş fəaliyyətini təmin etmək.
 7.3. Partnyorun aşağıdakı hüquqları var:
 7.3.1. Məlumatlar toplusundan sazişlə nəzərdə tutulmuş qayda və üsullarla istifadə etmək;
 7.3.2. Məlumatlar toplusunun istifadə edilməsinin qarşısını alan istənilən halların dərhal aradan qaldırılmasını Xidmətdən tələb etmək.
 7.4. Partnyorunvəzifələri:
 7.4.1. Məlumatlar toplusundan istifadə qaydası ilə müəyyən edilən qaydada və müddətdə Xidmətə haqq ödəmək.
 7.5. Partnyor məlumatlar toplusundan istifadə etdiyinə dair hesabatları Xidmətə təqdim etmir.
8. Tərəflərin məsuliyyəti
 8.1. Sazişin şərtlərini pozduqlarına görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
9. Mübahisələrin həlli qaydası
 9.1. Tərəflər sazişdən irəli gələ bilən istənilən mübahisələri və fikir ayrılıqlarını danışıqlar və sülh yolu ilə həll etmək üçün bütün lazım olan tədbirləri görməyi öz öhdəliklərinə götürürlər.
 9.2. Mübahisələrin və fikir ayrılıqların sülh yolu ilə həll olunmasına yönələn sənədlərin təqdim edilməsi müddəti və pretenziyalara cavab verilmənin müddəti Tərəf bu cür pretenziyaları aldığı andan və qeyd edilən sənədlərin təqdim edilməsi zərurəti yaranandan 7 (yeddi) iş günündən artıq olmamalıdır.
 9.3. Əgər mövcud olan mübahisələr və fikir ayrılıqları üzrə Tərəflər razılığa gəlməsələr, mübahisələr və fikir ayrılıqları Xidmətin olduğu yer üzrə məhkəmədə həll olunacaqdır.
10. Xüsusi şərtlər
 10.1. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən saziş məlumatlar toplusuna müstəsna hüquqların Partnyora keçməsini nəzərdə tutmur, və bununla dasazişlə nəzərdə tutulan hüquqların Partnyora verilməsi dövlət qeydiyyatdından keçməməlidir.
 10.2. Azərbaycan Respublikasının MM-nin 390-cı maddəsini rəhbər tutaraq, Tərəflər razılaşırlar ki,yerinə yetirilmiş işlərə dair ikitərəfli aktaların təqdim edilməsini və/və ya imzalanmasını bir-birindən tələb etməyəcəklər.
 10.3. Məlumatlar toplusundan istifadə qaydası sazişin ayrılmaz hissəsi sayılır.
 10.4. Əgər Tərəflərin ayrıca müqaviləsi ilə başqa qayda nəzərdə tutulmayıbsa, sazişin şərtləri Xidmətin saytında qeydiyyatdan keçən bütün şəxslərə tədbiq olunur. Əgər Tərəflər ayrıca müqavilə bağlayırlarsa, bu cür müqavilənin şərtləri Tərəflərin hüquqi münasibətlərinə tədbiq edilir.
 
  Xidmətin məlumatlar toplusundan istifadə qaydası
1. Termin və anlayışlar
 1.1. Məlumatlar toplusu — materiallar, texniki, proqram və aparat təminatı vasitələrinin və həmçinin məlumatlar toplusunun elementlərinin qarşılıqlı əlaqəsini təmin edən məlumatlar toplusunun alqoritminə uyğun olaraq materialların sistemləşdirilməsi, saxlanması, işlənilməsi, transformasiyası üçün nəzərdə tutulan üsul və alqoritmlər (proqram kodu) məcmusundan ibarət olan təşkil edilmiş struktur. Məlumatlar toplusu materiallarına daxil olmaq imkanını Taxi Baku Driver mobil əlavəsi vasitəsi ilə əldə etmək olar.
 1.2. Partnyor — bu Sazişin şərtlərini qəbul edən və onun əsasında məlumatlar toplusundan istifadə etmək hüququnu alan şəxs.
 1.3. Xidmət — bu Saziş əsasında məlumatlar toplusundan istifadə etmək hüququnu və həmçinin məlumatlar toplusundan istifadə etmək imkanını əldə etmək üçün lazım olan Taxi Baku Driver mobil əlavəsindən istifadə etmək hüququnu Partnyora təqdim edən hüquqi şəxs.
 1.4. Taxi Baku Driver mobil əlavəsi — Xidmət tərəfindən Partnyora təqdim edilən və Partnyorun məlumatlar toplusundan uzaqlaşdırılmış şəkildə istifadə etməyi üçün nəzərdə tutulan EHM üçün proqram. Mobil əlavənin istifadə qaydası Tərəflərin ayrıca razılaşması ilə tənzimlənir.
 1.5. Sifariş — məlumatlar toplusunu təşkil edən müəyyən iş növlərinin (müəyyən xidmət növlərinin göstərilməsinə) yerinə yetirilməsinə olan tələbat barədə və bu sənəddə göstərilən, sifariş növündən asılı olan müəyyən parametrlərə malik olan informasiya.
 1.6. Sifarişin qiyməti — sifariş verən şəxs tərəfindən Partnyora ödənilən pul vəsaitləri.
 1.7. Şəxsi hesab — Partnyorun avans ödənişləri və məlumatlar toplusundan istifadə olunmasına görə həmin ödənişlərdən tutulan (silinən) məbləğləri göstərən hesab. Şəxsi hesab unikal nömrəyə malikdir və Xidmət tərəfindən formalaşdırlır.
 1.8. Şəxsi hesabın balansı — şəxsi hesaba daxil olunan və ondan silinən müəyyən dövr üzrə pul vəsaitləri məbləğləri arasında fərq.
 1.9. Sifarişçi — Xidmət vasitəsi ilə xidmətin sifarişini həyata keçirən fiziki şəxs.
2. Ümumi müddəalar
 2.1. Bu sənəd Partnyora məlumatlar toplusundan istifadə etmək imkanının təqdim edilməsi qaydası və şərtlərini təsvir edir və Partnyorla Xidmət arasında bağlanılan sub-lisenziya sazişinin ayrılmaz hissəsidir.
 2.2. Xidmətin məlumatın yığılması, saxlanılması və sistemləşdilirməsi, məlumatlar toplusunun formalaşdırılması üzrə fəaliyyəti və həmçinin məlumatlar toplusuna daxil olma imkanını təqdim edilməsinə dair hüquq münasibətləri Azərbaycan Respublikasının 03.04.1998-ci il tarixli 460-IQ №-li “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun müddəalarına uyğun olaraq həyata keçirilir.
 2.3. Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 10-cu maddəsinə əsasən məlumatlar toplusunda yerləşdirilən informasiya ümumi istifadə üçün açıq, əldə olunması məhdudlaşdırılmayan sayılır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə informasiya məhdudlaşdırılan və ya yayılması qadağan olana aid edilməmişdir.
 2.4. Partnyorun əldə edəcəyi məlumatı o, öz mülahizəsinə görə istifadə edə bilər.
 2.5. Məlumatlar toplusu Partnyora aşağıdakı materiallardan istifadə etmək imkanını verir:
 2.5.1. Sərnişin və baqaj daşımaları xidmətinə olan tələbat barədə məlumat;
 2.5.2. Yük daşımaları xidmətinə olan tələbat barədə məlumat;
 2.6. Sərnişin və baqaj daşımaları xidmətinə mövcud olan tələbat barədə məlumatlar toplusunun materialları sərnişin və baqaj daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin verilməsi barədə məlumatı, və həmçinin avtonəqliyyat vasitəsinin verildiyi yer və vaxt, avtonəqliyyat vasitəsinin kateqoriyası, daşınma marşrutu barədə məlumatı, sərnişinlər, sifarişin qiyməti barədə məlumatları və, məzmunu Xidmət tərəfindən müəyyən edilən, digər məlumatı ehtiva edir.
3. Bu qaydaya dəyişikliklərin edilməsi
 3.1. Bu qaydayadəyişikliklərin edilməsi Xidmət tərəfindən birtərəfli qaydada müvafiq dəyişikliklərin Taxi Baku Driver tətbiqi vasitəsi ilə mesaj göndərilməklə həyata keçirilir.
 3.2. İstənilən dəyişikliklər qüvvəyə mindiyi andan məlumatlar toplusunu istifadə edən bütün şəxslərə şamil olunur, o cümlədən dəyişikliklər qüvvəyə minməmişdən əvvəl məlumatlar toplusundan istifadə etməyə başlayan şəxslər üçün də. Partnyor edilmiş dəyişikliklərlə razı olmadığı təqdirdə məlumatlar toplusunun istifadə edilməsini dayandırmalı və bu barədə Xidməti məlumatlandırmalıdır.
4. Tərəflərin hüquq və vəzifələri
 4.1. Xidmətin aşağıdakı hüquqları var:
 4.1.1. Qaydanın şərtlərinin yerinə yetirilməsini Partnyordan tələb etmək;
 4.1.2. Bu qayda ilə müəyyən edilmiş qayda və şərtlərlə Partnyorun məlumatlar toplusundan istifadə etməsini dayandırmaq və ya ləğv etmək;
 4.1.3. Qaydaya dəyişikliklər etmək;
 4.1.4. Göstərilən xidmətlərin keyfiyyətinə daxili nəzarət olunması məqsədləri ilə Partnyorla telefon danışıqların yazılmasını həyata keçirmək;
 4.1.5. Məlumatlar toplusunun işinə dəyişikliklərin edilməsi və texniki xidmət edilməsi üzrə reqlament işlərini həyata keçirmək. Qeyd edilən işlər görülən zaman Partnyorun məlumatlar toplusundan istifadə etmək imkanı müvafiq işlərin görülməsi müddətinə dayandırıla bilər;
 4.1.6. Əgər şəxsi hesabın balansı sıfır və ya mənfi olarsa, Partnyorun məlumatlar toplusundan istifadə etmək imkanını, Partnyor öz şəxsi hesabını artırdığı anadək, dayandırmaq.
 4.1.7. Sifarişçinin əmlakı Partnyorun avtomobilinin salonunda unudulduğu təqdirdə, unudulmuş əmlakın tezliklə qaytarılması məqsədi ilə, Sifarişçiyə Partnyorun əlaqə telefonunu təqdim etmək.
 4.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi və qaydanın şərtlərinə zidd olmayan digər hərəkətləri etmək.
 4.2. Xidmətin vəzifələri:
 4.2.1. Partnyora məlumatlar toplusundan istifadə etmək imkanını təqdim etmək, məlumatlartoplusunun işinə dəyişikliklərin edilməsi və texniki xidmət üzrə reqlament işlərinin görülməsi halları, və həmçinin texniki nasazlıqların yaranması halları istisna olmaqla məlumatlar toplusunun işləmək qabiliyyətini və fasiləsizliyini təmin etmək;
 4.2.2. Məlumatlar toplusundan istifadə etmək üçün lazım olan mobil əlavəsindən istifadə hüququnu Partnyora təqdim etmək;
 4.2.3. Vaxtında Partnyorun ödənişlərini onun şəxsi hesabında nəzərə almaq;
 4.2.4. Partnyor tərəfindən təqdim edilən məlumatın icazəsiz əldə olunması cəhdlərini, tərəflərin hüquqi münasibətlərinə bilavasitə aid olmayan şəxslərə onun verilməsini vaxtında aşkarlamaq və qarşısını almaq;
 4.2.5. Partnyor haqqında məlumatı, onun icazəsi olmadan, dəyişməmək və redaktə etməmək.
 4.3. Partnyorun hüquqları:
 4.3.1. Xidmətdən, qaydanın şərtlərinə uyğun olaraq, texniki və konsultasiya xidmət olunması daxil olmaqla, lazımi keyfiyyətdə olan məlumatlar toplusundan istifadə etmək imkanını tələb etmək.
 4.4. Partnyorun vəzifələri:
 4.4.1. Yerinə yetirilməyə qəbul edilən sifarişi onun şərtlərinə uyğun olaraq yerinə yetirmək;
 4.4.2. Qayda ilə müəyyən edilən məbləğdə məlumatlar toplusundan istifadə etmək imkanının təmin edilməsinə görə göstərilmiş xidmətlərin ödənişini həyata keçirmək;
 4.4.3. Əgər Xidmət, Partnyorun (onun işçilərinin və/və ya kontragentlərinin) lazımi keyfiyyəti olmayan xidmətlərin göstərilməsi ilə şərtlənən, Sifarişçilərin xeyrinə hər hansısa ödənişlər edərsə, Partnyor Xidmətin bunula bağlı yaranan ziyanını kompensasiya etməyi öz öhdəsinə götürür. Qeyd edilən kompensasiya pul vəsaitlərinin Partnyorun hesabından silinməsi yolu ilə həyata keçirilir. Əgər Partnyor Xidmətin qaydaları ilə edilməsinə görə cərimə sanksiyaları nəzərdə tutulmuş hərəkətləri edərsə, Partnyorun şəxsi hesabından Xidmətin xeyrinə, nəzərdə tutlan sanksiya çərçivəsində, pul vəsaitləri silinir. Qayda pozuntularının siyahısı və Partnyorun nəzərdə tutulan məsuliyyəti Taxi Baku Driver mobil əlavəsində yerləşdirilib. Əgər pul vəsaitləri kifayət etməsə, hesabat dövründə hesablanan cərimə sanksiyaları Partnyorun debitor borcu sayılır, və Partnyor şəxsi hesabı dolduran kimi, ilk növbədə ödənilir.
 4.4.4. Öncədən Xidmətə təqdim edilən uçot məlumatları dəyişdikdə, və həmçinin sifarişlərin yerinə yetirilməsini mümkünsüz edən hallar baş verdikdə, dərhal bu barədə Xidmətə məlumat vermək.
5. Sifariş qiymətinin müəyyən edilmə qaydası
 5.1. Sifarişin qiyməti Partnyor tərəfindən müəyyən edilir.
 5.2. Partnyor tədbiq etdiyi tariflər barədə məlumatı Xidmətə göndərir. Partnyorun təqdim etdiyi məlumatları nəzərə alaraq, Xidmət, hər bir konkret sifarişin parametrlərini nəzərə almaqla, sifarişin qiymətini hesablayır.
 5.3. Sifarişçi və Partnyor arasında nağdsız formada hesablaşmalar həyata keçirilərkən Xidmət Sifarişçinin pul vəsaitlərinin qəbul edilməsi və onların Partnyorun şəxsi hesabına köçürülməsi hissəsində Partnyorun adından və onun hesabına fəaliyyət göstərən agent kimi çıxış edir. Xidmət öz üzərinə ancaq Sifarişçinin pul vəsaitlərinin qəbul edilməsinin təmin olunması hissəsində Partnyorun agenti öhdəliklərini götürür və Partnyorun hər hansısa hüquq və vəzifələrini öz üzərinə götürmür.
6. Xidmətin haqqının məbləği və hesablaşma qaydası
 6.1. Məlumatlar toplusundan istifadə etmək imkanının təqdim edilməsinə görə Xidmətin haqqının məbləği Partnyorun gəlirindən (qazancından) faiz tutmaları formasında müəyyən edilir.
 6.2. Haqqın məbləği Partnyorun Taxi Baku Driver mobil əlavəsində yerinə yetirmək üçün götürdüyü sifariş barədə məlumatda qeyd olunur.
 6.3. Haqqın məbləği Xidmət tərəfindən birtərəfli qaydada müəyyən olunur. Partnyor Xidmətin haqqının məbləği ilə sifarişi yerinə yetirməkdən öncə tanış olmalıdır və, onunla razı olmadığı təqdirdə, bu cür sifarişin yerinə yetirilməsindən imtina etməlidir. Partnyorun sifarişi yerinə yetirmək üçün qəbul edilməsi qeyd olunmuş haqqın məbləği ilə razılıq deməkdir.
 6.4. Haqqın ödənilməsi qabaqcadan ödəniş sistemi əsasında Partnyorun özü tərəfindən müəyyən etdiyi məbləğdə pul vəsaitlərinin şəxsi hesaba daxil edilməsi yolu ilə həyata keçirilir.
 6.5. Xidmətlərin ödənilməsi haqqın məbləğinə bərabər məbləğdə, Partnyor sifarişi yerinə yetirmək üçün onu götürdüyü anda, Partnyorun şəxsi hesabından pul vəsaitlərinin silinməsi yolu ilə həyata keçirilir.
 6.6. Şəxsi hesabın artırılması bank kartları vasitəsi ilə avans ödənişlərinin edilməsi, özünəxidmət terminalları vasitəsi ilə, pul vəsaitlərinin hesablaşma hesabına köçürülməsi yolu ilə həyata keçirilir.
7. Tərəflərin məsuliyyəti
 7.1. Xidmətin məsuliyyəti:
 7.1.1. Xidmət öz öhdəliklərini yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır;
 7.1.2. Xidmət avadanlığın, proqram dəstəyinin əvəzlənməsi ilə və ya Xidmətin texniki vasitələrinin işləmək qabiliyyətinin saxlanılması və inkişafı zərurəti ilə yaranan digər reqlament işlərinin aparılması ilə bağlı xidmətlərin tam və ya qismən dayandırmalara görə məsuliyyət daşımır;
 7.1.3. Xidmətə məxsus olmayan proqram dəstəyində və ya avadanlıqda xətalar baş verdiyi zaman baş verən Partnyorun məlumatlar toplusuna daxil olma imkanında fasilələrə görə Xidmət məsuliyyət daşımır;
 7.1.4. Xidmət Partnyor tərəfindən məlumatlar toplusundan istifadə etməsi nəticəsində yaranan birbaşa itkilərinə, əldən çıxmış faydaya görə məsuliyyət daşımır;
 7.1.5. Xidmət Partnyor tərəfindən məlumatlar toplusundan istifadə etməsi ilə bağlı Partnyorun üçüncü şəxslərə vurduğu ziyana görə məsuliyyət daşımır.
 7.2. Partnyorun məsuliyyəti:
 7.2.1. Tərəflər öz öhdəliklərini yerinə yetirdiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır;
 7.2.2. Sifarişin lazımi şəkildə yerinə yetirilməsinə və istənilən ziyana görə Partnyor sifariş edən şəxs qarşısında müstəqil şəkildə məsuliyyət daşıyır;
 7.2.3. Partnyor həm sifarişin yerinə yetirilməsi ilə bağlı, həm də sifarişin yerinə yetirilməsi ilə bağlı olmayan hərəkətlərə görə üçüncü şəxslərə vurulan ziyana görə məsuliyyət daşıyır. Bunula belə, mübahisələrin tezliklə həll olunması məqsədi ilə Xidmət Partnyor və Sifarişçi arasında vasitəçi kimi çıxış edə bilər.
8. Xüsusi şərtlər və məsuliyyətin məhdudlaşdırılması
 8.1. Bu müddəanın şərtlərini qəbul edərək, Partnyor dərk edir ki, istifadə etmək imkanını bu qaydanın yerinə yetirilməsi çərçivəsində əldə etdiyi məlumat müstəqil şəkildə, öz maraqlarında və öz məsuliyyəti altında istifadə olunur. Partnyor məlumatlıdır ki, o, məlumatı sahibkarlıq məqsədləri ilə istifadə etdiyi halda, fərdi sahibkar kimi qeydiyyatdan keçməlidir və ya fəaliyyətini hüquqi şəxs qismində həyata keçirməlidir və həmçinin sərnişin və baqaj daşımaları, yükləmə-boşaltma işləri, yüklərin daşınması sahəsində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etməlidir, o cümlədən, lakin aşağıdakı normativ aktlarla məhdudlaşdırılmayaraq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 141 №-li qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”, Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında” qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2010-cu il tarixli 244 №-li “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” qərarı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları və qaydaları və digər normativ hüquqi aktların müddəaları.
 8.2. Xidmət Partnyorun üçüncü şəxslərə ziyan, o cümlədən əldən çıxmış fayda şəklində, vurulmaqla nəticələnən hərəkətlərinə görə kompensasiya edilməsinə dair hər hansısa öhdəlikləri öz üzərinə götürmür.
 8.3. Xidmət Partnyorun qarşısında Partnyora ziyan, o cümlədən əldən çıxmış fayda şəklində, vurulmaqla nəticələnən üçüncü şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır.
9. Qarşısıalınmaz hallar
 9.1. Tərəfi məsuliyyətdən azad edən əsas qarşısıalınmaz qüvvənin mövcud olması sayılır. Bu bəndi üçün qarşısıalınmaz qüvvə dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1131-ci maddəsində nəzərdə tutulan hallar başa düşülür.
 9.2. Qarşısıalınmaz qüvvənin təsiri altına düşən Tərəf dərhal digər Tərəfi yazılı surətdə qarşısıalınmaz qüvvənin təsirinin yaranması, növü, mümkün ola biləcək davamlılığı və hansı vəzifələrin yerinə yetirilməsinə maneçilik törədildiyi barədə məlumat verməlidir.
 9.3. Qarşısıalınmaz qüvvənin təsiri altına düşən və bu barədə məlumat verməyən Tərəf sonradan məsuliyyətdən azad edən əsas kimi qarşısıalınmaz qüvvənin təsirinə istinad edə bilməz.
10. Əqli mülkiyyət
 10.1. Partnyor “Enar Taxi” xidmətinin kommersiya işarəsindən və Enar Taxi® əmtəə nişanındansifariş üsullarının reklamının yayılması məqsədləri ilə məhdudlaşdırılmış istifadə hüququ əldə edir.
 10.2. Partnyor müstəqil şəkildə telefon nömrəsinin, sifariş üçün digər üsulların irəli çəkilməsinə (reklamına) yönələn hərəkətlər, o cümlədən Partnyorun nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi yolu ilə, edə bilər. Bunula belə Partnyor müstəqil şəkildə reklamın (o cümlədən onun məzmunu və yerləşməsinin) qüvvədə olan qanunvericiliyin tələb və normalarına uyğun olmasına görə məsuliyyət daşıyır.

PREVIOUS
PREVIOUS
Must be grat that 2000
PREVIOUS
PREVIOUS
189