AVTO-DAYƏ NƏDİR?

Avto-dayə  - uşaqlar üçün onları hər gün evdən - bağçaya, məktəbə, idman mərkəzinə, musiqi məktəbinə və s. eləcə də geriyə evə geri gətirmək üçün yaradılmış peşəkar sürücülərdən ibarət taksi xidmətidir.

Peşəkar avto-dayə xidmətimiz adi taksi xidmətindən olduqca fərqlidir, çünki burada sürücü övladınızı sadəcə göstərilən ünvana çatdırmaqdan əlavə, onu qapınızdan təhvil alaraq, konkret şəxsə, məsələn, müəllim və ya etibarlı şəxsə təhvil verir və canlı yayım xüsusiyyəti vasitəsilə sizə onlayn rejimdə övladınızı izləmək imkanı verir.

Avto-dayə olaraq fəaliyyət göstərən bütün sürücülərimiz xüsusi olaraq şirkətimiz tərəfindən seçilmiş peşəkar, öz övladı olan və uşaq psixologiyasından anlayan, uzunmüddətli qəzasız sürücülük stajına, rahat və qüsursuz işləyən avtomobilə malik şəxslərdirlər.

Formanı doldurun və əməkdaşlarımız sizin ilə əlaqə saxlayaraq, qeydiyyatınızı tamamlasınlar.


Buradan müqavilə ilə tanış ola bilərsiniz: Yüklə

Qeydiyyat

Əsas Üstünlüklər

Qapıdan-qapıya çatdırılma ilə övladınızı hər gün evinizindən təhvil alaraq getməli olduğu məkana, əlaqədar şəxsə təhvil vermək avto-dayə sürücüsünün vəzifəsidir.

Sizin tələb və istəkləriniz üzərinə seçdiyiniz sürücü qeyd etdiyiniz günlərdə və tam vaxtında övladınızı lazımi məkana çatdırmaq üçün qapınızın qarşısında olur. 

Övladınızın avto-dayə ilə səfəri zamanı istədiyiniz vaxt onlayn rejimdə telefonunuzda quraşdırılmış tətbiqetmə vasitəsilə taksinin daxilini və övladınızın səfərini canlı olaraq izləyə bilərsiniz.

Övladınız avtomobilə daxil olduğunda, lazımi məkana çatdıqda və qeyd edilən məsul şəxsə təhvil verildikdə sizə sms formatında bildirişlər göndərilir  və siz də övladınızın səfərinə nəzarət edə bilirsiniz.