Şərtlər və qaydalar

Şərtlər və qaydalar

ŞƏRTLƏR VƏ QAYDALAR

Son yeniləmə tarixi: 23 may 2025-ci il

1. Müqavilə Münasibətləri

Bu İstifadə Şərtləri (“Şərtlər”) məhdud məsuliyyətli özəl şirkət olan 189 TAXI
(“189 TAXI”) tərəfindən sizlər üçün mümkün edilən tətbiq proqramları, vebsaytlar, məzmun, məhsullar və xidmətlərdən (“Xidmətlər”) istifadə etməyi və onlara keçid almağı müəyyən edir.

ZƏHMƏT OLMASA, XİDMƏTLƏRƏ KEÇİD ALMAQDAN VƏ ONLARI İSTİFADƏDƏN ÖNCƏ BU ŞƏRTLƏRİ DİQQƏTLƏ OXUYUN.

Xidmətlərə keçid almağınız və onlardan istifadəniz siz və 189 TAXI arasında müqavilə münasibətlərini təyin edən bu Şərtlərlə razılaşmanızı təsdiq edir. Bu Şərtlərlə razı olmadığınız halda, Xidmətlərə keçid ala və onlardan istifadə edə bilməyəcəksiniz. Bu Şərtlər sizinlə bağlanan əvvəlki bütün razılaşmalar və ya müqavilələri açıq şəkildə əvəz edir. 189 TAXI istənilən zaman istənilən səbəbdən bu Şərtləri və ya sizinlə bağlı hər hansı Xidmətləri dərhal dayandıra və ya ümumilikdə Xidmətlər və ya onların hər hansı hissəsini təklif etməkdən imtina edə və ya onlara çıxışın qarşısını ala bilər.

189 TAXI vaxtaşırı olaraq Xidmətlərlə bağlı Şərtləri dəyişə bilər. Dəyişikliklər 189 TAXI tərəfindən bu cür yenilənmiş Şərtlərin və ya ixtiyarınıza verilə bilən Xidmətlərlə bağlı üzərində dəyişiklik aparılmış siyasət və ya ikinci dərəcəli şərtlərin burada dərc edilməsi anından qüvvəyə minəcək. Xidmətlərə keçid almağınız və ya onlardan istifadəyə davam etməniz bu cür dərcdən sonra yeni Şərtlərlə razılaşmanızı təsdiq edəcək.

Siz və Üçüncü Tərəf Təminatçısının (Sürücü) cəlb edilməsi ilə baş verən hadisəni ehtiva edən şikayət, mübahisə və ya münaqişə olduqda və müvafiq məlumat şikayət, mübahisə və ya münaqişənin həlli üçün vacib olduqda 189 TAXI iddiaçının vəkili və ya sığortaçını bütün lazımi məlumatla təmin edə bilər (əlaqə məlumatınız daxil olmaqla).

  • 189 TAXI adından sizin şəxsi məlumatlarınızı (bu məlumatlara dair məxfilik tələblərinə riayət etməklə) toplayır və emal edir;

2. Xidmətlər 

189 TAXI tərəfindən ayrıca yazılı müqavilədə razılaşdırılmadığı halda, Xidmətlər yalnız sizin şəxsi, qeyri-ticari istifadəniz üçün mümkün edilir. 

 

 

 

Lisenziya.

Sizin bu Şərtlərə əməl etməniz üçün 189 TAXI sizə aşağıdakılar üçün qeyri-eksklyuziv, ötürülə bilməyən, alt-lisenziya yaradıla bilməyən, başqalarına keçirilə bilməyən lisenziya verir: (i) yalnız Xidmətlərdən istifadəniz məqsədilə Tətbiq Proqramlarını şəxsi cihazınızda açmaq və onlardan istifadə etmək; və (ii) Xidmətlər vasitəsilə mümkün edilə bilən hər hansı məzmun, məlumat və ya əlaqədar materiallara çıxış və onlardan istifadə (hər bir halda yalnız şəxsi və qeyri-ticari istifadə üçün). Burada xüsusilə təmin edilməyən bütün hüquqular 189 TAXI lisenziyaçılarına aid olaraq qalır.

Məhdudiyyətlər.

Siz aşağıdakıları edə bilməzsiniz: (i) Xidmətlərin hər hansı hissəsindən müəllif hüququ, ticarət nişanı və ya başqa mülkiyyət qeydlərini silmək; (ii) 189 TAXI tərəfindən xüsusi icazə verilmədiyi hallarda Xidmətləri təkrar təmin etmək, dəyişmək, onlara əsasən ayrıca iş hazırlamaq, yaymaq, lisenziya vermək, lizinqlə vermək, satmaq, təkrar satmaq, ötürmək, açıqlamaq, açıq şəkildə icra etmək, paylamaq, yayımlamaq və ya başqa cür istismar etmək; (iii) müvafiq qanunla icazə verilmədiyi halda Xidmətlərin mənbə kodunu açmaq, pozmaq və ya sökmək; (iv) Xidmətlərin hər hansı hissəsinə keçid vermək, əks etdirmək və ya çərçivələmək; (v) Xidmətlərin hər hansı hissəsinin kəsilməsi, indekslənməsi, sorğulanması və ya təhlili məqsədilə hər hansı proqram və ya sxem yaratmaq və ya yaradılmasına səbəb olmaq və ya Xidmətlərin hər hansı hissəsinin əməliyyatı və/və ya funksionallığını dayandırmaq və ya ləngitmək; və ya (vi) Xidmətlərin hər hansı hissəsi və ya onlarla bağlı sistem və ya şəbəkələrə səlahiyyətsiz çıxış cəhdi etmək.

Üçüncü Tərəfdən Xidmətlər və Məzmun.

Xidmətlər 189 TAXI tərəfindən idarə edilməyən üçüncü tərəfdən xidmətlər və məzmun (reklam daxil olmaqla) ilə bağlı mümkün edilə və ya çatımlı ola bilər. Siz qəbul edirsiniz ki, fərqli xidmət şərtləri və məxfilik siyasətləri sizin bu cür üçüncü tərəf xidmətləri və məzmunundan istifadənizə tətbiq edilə bilər. 189 TAXI bu cür üçüncü tərəf xidmətləri və məzmununu təsdiq etmir və heç bir halda 189 TAXI bu cür üçüncü tərəf xidmət təminatçılarının məhsulları və xidmətləri üçün məsuliyyət daşımamalıdır. Bundan əlavə Apple Inc., Google, Inc., Microsoft Corporation və ya BlackBerry Limited şirkətləri və/və ya onların müvafiq beynəlxalq nümayəndə və filialları sizin Apple iOS, Android, Microsoft Windows və ya Blackberry mobil cihazları üçün hazırlanmış Tətbiq Proqramlarından istifadə edərək Xidmətlərə çıxışınız zamanı bu müqavilənin üçüncü tərəf benefisiarları olacaqdır. Həmin üçüncü tərəf benefisiarları bu müqavilənin tərəfləri deyil və heç bir halda Xidmətlərin təminatı və ya dəstəyi üçün məsuliyyət daşımır. Sizin bu cihazlar vasitəsilə Xidmətlərə çıxışınız müvafiq üçüncü tərəf benefisiarlarının xidmət şərtlərində qeyd edilmiş şərtlərlə idarə edilir.

Sahiblik.

Xidmətlər və burada qeyd edilən bütün hüquqlar 189 TAXI lisenziyaçısının mülkiyyəti olaraq qalmalıdır. Nə bu Şərtlər, nə də sizin Xidmətlərdən istifadəniz sizə aşağıdakı hüquqları vermir: (i) yuxarıda qeyd edilən məhdud lisenziyadakı hüquqlardan başqa Xidmətlərlə bağlı hüquqlar; və ya (ii) 189 TAXI lisenziyaçısının hüquqi adı, loqosu, məhsul və xidmət adları, ticarət nişanı və ya xidmət nişanlarından istifadə etmək və ya onlara istinad etmək hüququ.

3. Sizin Xidmətlərdən İstifadəniz

İstifadəçi Hesabları.

Xidmətlərin əksər imkanlarından istifadə etmək üçün siz Xidmətlər üçün aktiv şəxsi istifadəçi hesabı yaratmalı və qeydiyyatdan keçməlisiniz (“Hesab”). Hesabınızı qeydiyyatdan keçirmək üçün siz adınız, ünvanınız, mobil telefon nömrəniz və yaşınız kimi müəyyən şəxsi məlumatınızı, eləcə də ən azı bir etibarlı ödəniş metodunuzu (kredit kartı və ya qəbul edilmiş ödəniş tərəfdaşı) 189 TAXI -yə bildirməlisiniz. Siz Hesabınızda dəqiq, tam və yenilənmiş məlumatı qeyd etməyə razısınız. Siz Hesabınızda yanlış və ya etibarsız ödəniş metodu daxil olmaqla, dəqiq, tam və yenilənmiş məlumatı qeyd etmədikdə, bu, sizin Xidmətlərə çıxışınız və onlardan istifadənizi mümkün etməyə və ya 189 TAXI ilə aranızda bağlanmış bu Müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Siz Hesabınızda baş verən bütün əməliyyatlar üçün məsuliyyət daşıyırsınız və Hesabınızın istifadəçi adı və şifrəni həmişə qorumaq və təhlükəsizlikdə saxlamağa razılaşırsınız. 

İstifadəçi Tələbləri və Davranış.

Siz üçüncü tərəflərə Hesabınızdan istifadə etmək icazəsini verə bilməzsiniz və 18 yaşı tamam olmamış şəxslərə Üçüncü Tərəf Təminatçılarından daşınma və ya təchizat xidmətləri almağa imkan verməməlisiniz (tərəfinizdən müşayiət edilmədikdə). Hesabınızı hər hansı başqa fiziki və ya hüquqi şəxsə ötürə bilməzsiniz. Siz Xidmətlərdən istifadə edən zaman bütün müvafiq qanunlara əməl etməyə və Xidmətlərdən yalnız qanuni məqsədlər üçün istifadə etməyə (məsələn, qanunsuz və ya təhlükəli materialların daşınması üçün deyil) razısınız. Siz Xidmətlərdən istifadə edən zaman hər hansı Üçüncü Tərəf Təminatçısını narahat etməyəcək, ona çətinliklər yaratmayacaq və ya mülkiyyətinin zədələnməsinə səbəb olmayacaqsınız. 

Mətn Mesajlaşması.

Hesab yaratmaqla siz Xidmətlərdən istifadənizin normal iş fəaliyyətinin bir hissəsi kimi Xidmətlərin sizə mətn mesajları (SMS/email/Tətbiq üzərindən) göndərə biləcəyinə razılıq verirsiniz. Siz həmçinin 189 TAXI və onun filiallarından reklamlar da bura daxil mesajlar almaq razılığını verirsiniz. 

Şəbəkəyə Çıxış və Cihazlar.

Siz Xidmətlərdən istifadə etmək üçün məlumat şəbəkəsinə çıxış əldə etmək üçün məsuliyyət daşıyırsınız. Naqilsiz cihaz vasitəsilə Xidmətlərə çıxdığınızda və onlardan istifadə etdiyinizdə sizin mobil şəbəkə təminatçınız data və mesajlaşma üçün əlavə xərclər tətbiq edə bilər və siz bu cür xərclər üçün məsuliyyət daşımalısınız. Siz Xidmətlər və Tətbiq Proqramlarına çıxış almaq və onlardan istifadə etmək üçün lazım olan müvafiq cihaz və avadanlıqları əldə etmək və onları yeniləmək üçün məsuliyyət daşıyırsınız. 189 TAXI Xidmətlərin və ya onların hər hansı hissəsinin bu cür avadanlıq və cihazlarda işləməsinə zəmanət vermir. Bundan əlavə, İnternet və elektron kommunikasiyaların istifadəsi səbəbindən Xidmətlərdə nasazlıq və gecikmələr ola bilər.

4. Ödəniş

Siz dərk edirsiniz ki, Xidmətlərdən istifadə sizin Üçüncü Tərəf Təminatçılarından qəbul etdiyiniz xidmət və ya məhsullar üçün əlavə xərclərə səbəb ola bilər (“Xərclər”). Ödənişin qəbul edilməsi bu məqsədlə cəlb olunan üçüncü tərəflər tərəfindən həyata keçirilə bilər. Qanun tələb edərsə, qəbz istifadəçinin qeydiyyatdan keçdiyi abunə nömrəsinə Tətbiqetmə vasitəsi ilə göndərilir və Tətbiqetmədə istifadəçiyə təqdim olunur. Xərclərin bu yolla ödənilməsi birbaşa sizin Üçüncü Tərəf Təminatçısına ödəniş etməniz kimi qəbul ediləcək. 

Bütün Tutulmalar dərhal ödənilir; Ödəniş hesabınızda göstərilən üstün ödəmə üsulu ilə həyata keçiriləcək və müvafiq hesabat elektron poçtla göndəriləcəkdir. Hesabda göstərilən əsas ödəniş metodunuz hər hansı digər səbəbdən müddəti keçmiş, etibarsız və ya istifadəyə yararsız olarsa, Hesabınızda göstərilmiş ikinc ödəmə metodundan istifadə etməyi qəbul edirsiniz.

Müəyyən coğrafi ərazilərdə tətbiq olunan Xərclər Üçüncü Tərəf Təminatçıların xidmət və məhsullarına yüksək tələbat olan dövrlərdə əhəmiyyətli dərəcədə arta bilər. Siz istənilən vaxt Üçüncü Tərəf Təminatçıların xidmət və ya məhsullarına müraciəti/sorğunu bu Üçüncü Tərəf Təminatçının gəlişindən qabaq ləğv edə bilərsiniz, belə halda sizdən sorğunu ləğv etmə haqqı tutula bilər.

Bu ödəniş quruluşu Üçüncü Tərəf Təminatçısına təqdim etdiyi xidmət və ya məhsullar üçün tam ölçüdə ödənişi həyata keçirməkdən ötrü nəzərdə tutulmuşdur. Tətbiqetmə vasitəsilə tələb olunan taksi xidmətlərinə əlavə olaraq, ödənişinizin hər hansı bir hissəsi Üçüncü Tərəf Təchizatçı üçün bəxşiş və ya mükafat kimi təyin edilmir. 189 TAXI şirkətinin hər hansı bir bəyanatına əsasən bəxşiş "könüllü", "zəruri olmayan" və / və ya ödənişlərə "daxildir" Üçüncü Tərəf Təchizatçıya, yuxarıda göstərilənlərdən başqa heç bir əlavə vəsait təqdim edilməməsini nəzərdə tutmur. Siz dərk edir və razılaşırsınız ki, hər hansı Üçüncü Tərəf Təminatçısına Xidmətlərdən istifadə edərkən sizə göstərilən xidmət və ya təqdim edilən məhsullara görə əlavə ödəniş etmək seçimində sərbəstsiniz və bunu etmək kimi öhdəliyiniz yoxdur. Xidmətlərdən istifadə edərkən sizə göstərilmiş xidmətdən və ya məhsulları aldıqdan sonra siz Üçüncü Tərəf Təminatçınızı qiymətləndirmək və onun haqqında rəynizi vermək imkanına malik olacaqsınız.

Təmir və ya Təmizlik Xərcləri.

Üçüncü Tərəf Təminatçısının xidmətlərindən istifadə edərkən Üçüncü Tərəf Təminatçısının nəqliyyat vasitəsi və ya mülkiyyətinə ziyan dəyərsə siz həmin nəqliyyat vasitəsinin təmiri və lazımi təmizliyi ilə bağlı xərclərə görə məsuliyyət daşıyırsınız (“Təmir və ya Təmizlik”). Üçüncü Tərəf Təchizatçı sizə Təmir və ya Yuma ehtiyacının olduğu barədə məlumat verdiyini və bu tələbin əsaslandırıldığını bildirdiyinə görə Hesabınızdakı müəyyən edilmiş ödəniş metodunuzdan istifadə edərək, bu Təmir və ya Yuma üçün lazımi xərcləri ödəmək üçün Üçüncü Tərəf Təchizatçının xeyrinə pul vəsaitlərini tutulması baş verir.

5. İmtinalar; Məsuliyyətin Məhdud edilməsi; Xərclərdən Ödənilməsinə Zəmanət.

İMTİNA.

XİDMƏTLƏR “OLDUĞU KİMİ” VƏ “MÜMKÜN OLDUQDA” TƏMİN EDİLİR. 189 TAXI HAZIRKİ ŞƏRTLƏRDƏ AÇIQ ŞƏKİLDƏ QEYD OLUNMAYAN BÜTÜN BİRBAŞA, GÜMAN EDİLƏN VƏ YA QANUNLA NƏZƏRDƏ TUTULAN ƏRZ ETMƏLƏR VƏ ZƏMANƏTLƏRDƏN (BURAYA MƏHSULUN KEYFİYYƏTİ İLƏ BAĞLI, MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLI OLMAQLA BAĞLI, ELƏCƏ DƏ ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI HALININ OLMAMASI İLƏ BAĞLI GÜMAN EDİLƏN ZƏMANƏTLƏR DƏ DAXİLDİR) İMTİNA EDİR. BUNDAN ƏLAVƏ 189 TAXI XİDMƏTLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ SORĞU VERİLMİŞ XİDMƏTLƏRİN VƏ YA MƏHSULLARIN ETİBARLIĞI, VAXTI-VAXTINDA TƏMİN EDİLMƏSİ, KEYFİYYƏTİ, YARARLIĞI İLƏ BAĞLI YA DA XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ FASİLƏSİZ VƏ YA XƏTASIZ HƏYATA KEÇİRİLƏCƏYİ İLƏ BAĞLI BƏYANAT ETMİR, ÜZƏRİNƏ MƏSULİYYƏT GÖTÜRMÜR VƏ ZƏMANƏTLƏR VERMİR. 189 TAXI ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARININ KEYFİYYƏTİ, UYĞUNLUĞU, TƏHLÜKƏSİZLİYİ VƏ YA BACARIĞI İLƏ BAĞLI HEÇ BİR ZƏMANƏT VERMİR. SİZ RAZILAŞIRSINIZ Kİ, SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ, ELƏCƏ DƏ ONUN VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN XİDMƏT VƏ YA MƏHSULLARLA BAĞLI YARANAN BÜTÜN RİSKLƏR QÜVVƏDƏ OLAN QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ YALNIZ SİZƏ AİDDİR. 

MƏSULİYYƏTİN MƏHDUD EDİLMƏSİ.

189 TAXI XİDMƏTLƏRDƏN İSTİFADƏ İLƏ BAĞLI MƏNFƏƏTİN İTİRİLMƏSİ, MƏLUMATIN İTİRİLMƏSİ, BƏDƏN XƏSARƏTLƏRİ VƏ YA MADDİ ZƏRƏR DAXİL OLMAQLA, DOLAYI, TƏSADÜFİ, GÖZLƏNİLMƏZ, FAKTİKİ, CƏRİMƏ VƏ YA SONRAKI İTKİLƏRƏ MƏSULİYYƏT DAŞIMAMALIDIR (189 TAXI BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). 189 TAXI AŞAĞIDAKILAR SƏBƏBİNDƏN YARANAN HƏR HANSI İTKİ, ÖHDƏLİK VƏ YA ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: (İ) SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ VƏ YA XİDMƏTLƏRƏ ARXAYAN OLMAĞINIZDAN İRƏLİ GƏLƏN HƏRƏKƏTLƏRİNİZ, YA DA BU XİTMƏTLƏRƏ KEÇİD ALMAQ VƏ YA İSTİFADƏ ETMƏK İMKANINIZIN OLMAMASI; VƏ YA (İİ) SİZ VƏ HƏR HANSI ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇISI ARASINDA İSTƏNİLƏN ƏMƏLİYYATLAR VƏ YA MÜNASİBƏTLƏR (189 TAXI BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). 189 TAXI ONUN MƏNTİQLİ NƏZARƏTİ ALTINDA OLMAYAN SƏBƏBLƏRDƏN XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİNDƏ HƏR HANSI GECİKMƏ OLDUĞU VƏ YA XİDMƏTİN GÖSTƏRİLMƏSİ MÜMKÜN OLMADIĞI ÜÇÜN MƏSULİYYƏT DAŞIMIR. SİZ BİLİR VƏ RAZILAŞIRSINIZ Kİ, BƏZİ SORĞU BRENDLƏRİ VASİTƏSİLƏ SİFARİŞ EDİLƏN DAŞINMA XİDMƏTLƏRİNİ TƏMİN EDƏN ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARI BİRGƏ SƏYAHƏT VƏ YA QAPIDAN QAPIYA ÇATDIRMA KİMİ DAŞINMA XİDMƏTLƏRİ TƏKLİF EDƏ BİLƏR VƏ BUNUNLA BAĞLI ONLARIN PEŞƏKAR LİSENZİYA VƏ YA İCAZƏSİ OLMAYA BİLƏR. 

189 TAXI -NİN XİDMƏTLƏRİ SİZİN TƏRƏFİNİZDƏN ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARI İLƏ DAŞINMA XİDMƏTLƏRİ, MƏHSULLAR VƏ TƏCHİZAT XİDMƏTLƏRİNİN SİFARİŞ EDİLMƏSİ VƏ PLANLAŞDIRILMASI ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLƏR, LAKİN SİZ RAZILAŞIRSINIZ Kİ, 189 TAXI ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARI TƏRƏFİNDƏN SİZƏ GÖSTƏRİLƏN HƏR HANSI DAŞINMA, MƏHSULLAR VƏ YA TƏCHİZAT XİDMƏTLƏRİ ÜÇÜN (BURADAKI ŞƏRTLƏRDƏ XÜSUSİ QEYD EDİLƏNLƏRDƏN BAŞQA) MƏSULİYYƏT DAŞIMIR.

BURADA 5-Cİ BÖLMƏDƏ QEYD EDİLƏN MƏHDUDİYYƏTLƏR VƏ İMTİNA SİZİN MÜVAFİQ QANUNLA İSTİSNA EDİLƏ BİLMƏYƏN İSTEHLAKÇI KİMİ HÜQUQLARINIZI MƏHDUDLAŞDIRMIR.

İtkilərin əvəzi ödənilməsi üzrə zəmanət.

Siz 189 TAXI və onun əməkdaşları, direktorları, işçi və agentlərini aşağıda göstərilən səbəblərdən yarana bilən hər hansı iddia, tələb, öhdəlik və xərclərdən (məhkəmə xərcləri də daxil) azad saxlamağa və yaranmış itkilərin əvəzini ödəməyə razılaşırsınız: (i) Xidmətlərdən istifadə edərkən, və ya Xidmətləri istifadə etməklə əldə etdiyiniz xidmət və ya məhsulları istifadə edərkən; (ii) bu Şərtlərdə qeyd olunmuş istənilən qaydanı pozduğunuz halda; (iii) 189 TAXI -nin sizin İstifadəçi Məzmununuzdan istifadəsi zamanı; və ya (iv) üçüncü tərəf hüquqları, eləcə də Üçüncü Tərəf Təminatçılarının hüquqlarını pozduğunuz halda.

6. Digər Müddəalar

Müəllif hüququnun pozulması ilə bağlı iddialar.

Müəllif hüququnun pozulması ilə bağlı iddialar 189 TAXI-nin müvafiq nümayəndəsinə göndərilməlidir. 

Bildiriş.

189 TAXI Xidmətlər barədə ümumi bildirişləri elektron məktub vasitəsilə Hesabınızda qeyd edilən e-poçta və ya yazılı şəkildə poçt ünvanınıza göndərə bilər.